08/07/2019
13:00
1038
| A A A
Azərbaycan gimnastları Varnada 5 medal qazanıblar

Azərbaycanın bədii gimnastları Bolqarıstanın Varna şəhərindəki beynəlxalq turnirdə 5 medal qazanıblar.

Goal.az xəbər verir ki, ölkəni fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər. Luzan çoxnövçülük xalları əsasında əvvəlcə bürünc medal əldə edib. Ayrı-ayrı alətlər üzrə finallara gəldikdə, top və lentlə çıxışları ona qızıl, gürzlərlə kompozisiyası bürünc medal qazandırıb.

Əkbərova isə lentlə çıxışlarına görə bürünc medal götürüb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36169 səs