23/07/2019
17:37
1424
| A A A
EYOF: Həndbol üzrə Azərbaycan yığması yarımfinala çıxa bilmədi

Azərbaycanın qızlardan ibarət həndbol yığması Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında yarımfinala vəsiqə qazanmaq şansını itirib.

Goal.az-ın məlumatına görə, buna səbəb komandanın II turda Macarıstan kollektivinə 23:47 hesabı ilə uduzmasıdır. İlk turda İsveçrəyə 16:34 hesabı ilə yenilən millinin Çexiya ilə oyunu formal xarakter daşıyacaq.

İkinci turdan sonra İsveçrə və Macarıstan hərəyə 4 xalla yarımfinala vəsiqə qazanıb. Xal qazana bilməyən Çexiya və Azərbaycan milliləri son sıraları bölüşürlər.

Qeyd edək ki, qrup mərhələsində Çexiya ilə millimizin oyunu sabah 14:30-da başlayacaq. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27140 səs