26/07/2019
14:11
1050
| A A A
Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) yarımfinala yüksəlib.

Goal.az-ın məlumatına görə, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı ilk iki cəhdində ardıcıl olaraq Almaniya və Yunanıstan təmsilçilərini məğlubiyyətə uğradıb. Məmmədov finala gedən yolda Rumıniyalı Alin Baqrinin müqavimətini qırmağa çalışacaq.

90 kq-da çıxış edən Ruslan Nəsirli ilk görüşdə Bolqarıstan idmançısına uduzaraq çıxışını başa vurub. 81 kq-dakı Məhərrəm İmamverdiyev ilk cəhddə rumıniyalı həmkarını sıradan çıxarıb. Daha sonra o, Ukrayna təmsilçisinə uduzaraq təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb.

Qadın cüdoçu Nərmin Əmirli Yael hollandiyalı Van Hemstlə bacarmayıb. 70 kq-da mübarizə aparan idmançı təsəlliverici görüşlərə qatılacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları əvvəlki iki gündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27140 səs