28/07/2019
09:45
1485
| A A A
Hemillton kvalifikasiyanın qalibi oldu

"Mercedes" komandasının pilotu və ümumi hesabda lider olan britaniyalı Lüis Hemilton "Formula 1" maşınları sinifli avtomobil yarışları üzrə dünya çempionatının 11-ci mərhələsi - Almaniya Qran-prisinin təsnifatında ən yaxşı nəticə göstərib.

Goal.az xəbər verir ki, 34 yaşlı britaniyalı ən yaxşı dairəsini 1 dəqiqə 11,767 saniyəyə keçib və bununla mövsümdə dördüncü poul- mövqeyini (karyerasında 87-ci) qazanıb.

"Ferrari"nin alman pilotu Sebastyan Fettel mühərrikin gücünü itirməsi səbəbindən sonuncu - 20-ci yeri tutub.

"Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen ikinci (+0,346), Hemiltonun finlandiyalı komanda yoldaşı Valtteri Bottas (+0,362) üçüncü olub.

Almaniya Qran-prisi iyulun 28-də keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27140 səs