28/07/2019
19:14
2399
| A A A
Formula 1 üzrə Almaniya Qran-prisində sürpriz nəticələr qeydə alındı

Hokkenhaym halqasında "Formula 1" üzrə mövsümün 11-ci Almaniya Qran-prisi keçirilib.

Goal.az xəbər verir ki, yarışın qalibi "Red Bull" pilotu Maks Ferstappen olub. Finişə 2 dövrə qalmış "Ferrari" pilotu Sebastyan Fettel əvvəlcə "Racing Point"dən Lens Strollu, daha sonra "Toro Rosso"dan Daniil Kvyatı keçərək ikinci yeri tutub. Nəticədə Kvyat üçüncü yerlə kifayətlənib.

"Mercedes" pilotu Lüis Hemilton isə bolidinin ön qanadını qıraraq, mükafatçılar sırasından kənarda qalıb. Böyük britaniyalı sürücü 11-ci yerlə kifayətlənməli olub. Onun komanda yoldaşı Valtteri Bottas və "Ferrari"nin digər pilotu Şarl Lekler isə analoji problemlərlə üzləşərək, finişə çata bilməyib.

Ümumilikdə finişə 20 pilotdan cəmi 13-ü çata bilib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27140 səs