29/07/2019
09:41
1295
| A A A
Azərbaycan millisi Avropa çempionu oldu

Azərbaycanın kişi və qadınlardan ibarət qarışıq paracüdo millisi Avropanın ən güclü komandası adını qazanıb.

Goal.az xəbər verir ki, paracüdo millimiz İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatının komanda yarışlarında bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançılarımız komanda yarışlarında Türkiyəni 5:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Rusiya komandasını 4:3 hesabı ilə məğlub edən paracüdoçularımız finalda yarışmaq şansı qazanıb. Finalda isə millimiz Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) yığma komandası ilə görüşüb. Azərbaycan komandası dörd ölkədən (Almaniya, Fransa, Yunanıstan və Rumıniya) beş cüdoçu ilə təmsil olunan IBSA yığmasını 6:0 hesabı ilə məğlub edərək Avropanın ən güclü komandası olub. Bir dəfə kişi komandaların yarışında Avropa çempionu olmuş millimiz qarışıq komandalar üzrə keçirilən ilk yarışın da birincisi olmağı bacarıb.

Milli komandamız adından tatamiyə çıxan idmançılarımız İlham Zəkiyev (+100 kq), Hüseyn Rəhimli (-81 kq), Bayram Mustafayev (-66 kq), Dürsədəf Kərimova (+70 kq), Xanım Hüseynova (-63 kq) və Səbinə Abdullayeva (-52) olub.

Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə bu yarışda iştirak edən paracüdoçularımız daha öncə fərdi yarışlarda 10 medal (bir qızıl, dörd gümüş və beş bürünc) qazanmaqla Avropada 4-cü nəticəni göstərib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27139 səs