02/08/2019
18:13
1644
| A A A
“Formula 1”də Qran-prilərin sayı artırılır

"Formula 1"in növbəti mövsüm təqvimi genişləndirilə bilər.

Goal.az xəbər verir ki, Motorsport Week nəşrinin bldirdiyinə görə, növbəti mövsümdən Qran-prilərin sayı 22-ə çata bilər. İspaniya Qran-prisinin təşkilatçıları müqaviləni yenilədikdən sonra Formula 1 rəhbərliyi növbəti mövsüm üçün təqvimdən ancaq Almaniya Qran-prisini çıxaracaq. İspaniya və Böyük Britaniya Qran-priləri kimi Meksika və İtaliya Qran-prilərinin də yeni müqavilə imzalayacağı gözlənilir. Belə olan halda növbəti mövsümün təqviminə yeni Qran-prilərdən Hollandiya və Vyetnam Qran-priləri əlavə olunaraq onların sayı 22-ə çatacaq. Mövsümün açılışı ənənəvi olaraq Avstraliyada keçiriləcək.

Qeyd edək ki, cari mövsümün təqvimində 21 Qran-pri mövcüddur.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27140 səs