05/08/2019
10:50
1224
| A A A
Hemilton Macarıstan Qran-prisinin qalibi oldu

"Formula 1" üzrə Macarıstan Qran-prisinə yekun vurulub.

Goal.az xəbər verir ki, mövsümdə 12-ci Qran-prinin qalibi adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb.

Britaniyalı sürücü son dövrələrdə "Red Bull"dan olan Maks Ferstappeni ötməyi bacarıb. Üçüncü yeri isə "Ferrari"dən Sebastyan Fettel tutub.

Qeyd edək ki, 10 komandadan 20 pilot 70 dövrə və ya 306,63 km yol qət etdikdən sonra finişə çatıblar.