06/08/2019
12:00
947
| A A A
Natalya Məmmədova karyerasını bitirdi
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Natalya Məmmədova karyerasını bitirib.
Goal.az xəbər verir ki, 34 yaşlı voleybolçu son olaraq Qazaxıstanın "Altay” klubunda çıxış edib. O, bu komandanın heyətində Qazaxıstan çempionatının və kubokunun qalibi olub. Mövsüm başa çatdıqdan sonra "Altay"dan ayrılan Natalya karyerasını başa vurub.
Qeyd edək ki, Ukrayna əsilli Natalya Məmmədova karyerası ərzində Azərbaycanın "Azərreyl", "Rabitə", Rusiyanın "Zareçe", "Dinamo" (Krasnodar), "Dinamo-Kazan", "Omiçka", İsveçrənin "Volero", İspaniyanın "İcaro" və Türkiyənin "Türk Telekom Ankara" klublarında çıxış edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28683 səs