06/08/2019
14:50
701
| A A A
Boks üzrə Azərbaycan millisinin baş məşqçisi postunu tərk etdi

Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsinə baxılıb. 

Goal.az xəbər verir ki, ABF rəhbərliyinin iştirakı ilə baş tutan iclasda mütəxəssisin müraciəti müzakirə olunub. Səhhəti ilə bağlı milli komandadan ayrılmaq istəyən V.Şirinovun istəyi müsbət dəyərləndirilib. Federasiya rəhbərliyi istefa ərizəsi qəbul olunan mütəxəssisə yığmalardakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Artıq yeni baş məşqçi ilə danışıqlara start verilib. Yaxın günlərdə millini çalışdıracaq mütəxəssisin adı açıqlanacaq.

Qeyd edək ki, V. Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək 2 il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27140 səs