20/08/2019
13:37
2128
| A A A
Azərbaycan çempionatında 10 komanda yarışacaq

Futzal üzrə Yüksək Liqanın 2019-20 mövsümündə iştirak etmək üçün 10 komanda müraciət edib.

Goal.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Futzal Federasiyası rəsmi saytı vasitəsilə yayıb.Həmin komandalardan 4-ü ötən çempionatın iştirakçısıdı. Biri isə birillik fasilədən sonra yenidən Yüksək Liqada iştirak etmək üçün müraciət edib. Tələbə Futbol Federasiyasının yığma komandası da gücünü ən güclülərlə sınayacaq. 

Komandaların adları belədir: “Araz”, EKOL, “Neftçi” İK, “Yasamal” İSK, “Baku Fire”, “Marafon Futsal”, “Record club”, “Xəzər” (Yardımlı), “Quba Premyer”, TFF-55.Yeni mövsümün püşkü sentyabrın 4-də atılacaq.

Bakı İdman Sarayının Mətbuat Konfransı otağında təşkil ediləcək mərasim saat 11:30-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33456 səs