30/08/2019
18:02
829
| A A A
Azərbaycanın güləş yığmaları dünya çempionatı üçün son hazırlıq prosesinə başlayır

Azərbaycanın güləş yığmaları Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatı öncəsi son hazırlıq prosesinə start verəcək.

Goal.az-ın məlumatına görə, Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdan sərbəst və yunan-Roma güləşi üzrə yığmalar gələn həftənin ilk günlərində mundial öncəsi son hazırlıq prosesinə başlayacaq. Son toplanış Olimpiya Güləş Mərkəzində gerçəkləşəcək.

Qadınlardan ibarət milli isə artıq Qazaxıstandadır. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında dünya çempionatında iştirak edəcək 8 qadın güləşçi bu gündən Qazaxıstan yığması ilə birgə Nur-Sultanda təlim-məşq toplanışına başlayır. Məqsəd yerli mühitə uyğunlaşmaq və yarışa daha yaxşı hazırlaşmaqdır.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 14-dən 22-dək keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33950 səs