02/09/2019
19:00
893
| A A A
Yığmamız Avropa çempionatına 10 boksçu ilə yollanır

Sentyabrın 4-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatı start götürəcək.

Goal.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 7 gün davam edəcək yarışda millimiz də iştirak edəcək.

Komandamız qitə birinciliyində tam heyətlə təmsil olunacaq. Yığmanın baş məşqçisi Əsgər Eyvazov yarışda Ruslan Qədirov (49 kq), Maqsud Xasmetov (52 kq), Əzrək Bəbirov (56 kq), Eldar Babayev (60 kq), Rəşid Həsənov (64 kq), Səlim Səlimov (69 kq), İror Platov (75 kq), Murad Allahverdiyev (81 kq), Əsəd Baxşıyev (91 kq) və Fuad Ağayevə (+91 kq) şans verəcək.

Təlim-məşq toplanışını başa vuran boksçularımız artıq Sofiyaya yollanıblar.

Qeyd edək ki, Avropa birinciliyində püşkatma mərasimi sabah olacaq. Təsnifat mərhələsinin döyüşləri ayın 4-8-də, yarımfinal görüşləri sentyabrın 9-da keçiriləcək. Çempionatın qaliblərinin adları isə ayın 10-da bilinəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33950 səs