08/09/2019
19:13
1088
| A A A
Formula 1 üzrə İtaliya Qran-prisi yekunlaşdı

Formula 1 üzrə İtaliya Qran-prisi yekunlaşıb.

Goal.az xəbər verir ki, Montsa halqasında keçirilən yarışın qalibi Ferrari-nin pilotu Şarl Lekler olub. Monakolu pilot ikinci pillədə qərarlaşan Mercedes-in pilotu Valtteri Bottası 0.835 saniyə qabaqlayaraq ardıcıl ikinci çempionluğunu əldə edib. İlk üçlüyü isə Mercedes-in digər pilotu Lüis Hemillton tutub.