09/09/2019
11:00
558
| A A A
Boksçumuz Avropa çempionatında yarımfinala yüksəldi

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilib. 

Goal.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən yalnız Murad Allahverdiyev medalı təmin edib. 

81 kq çəkidə mübarizə aparan boksçu belaruslu Raman Kazyankova qalib gəlib - 4:0 (30:26, 30:26, 30:26, 30:26, 28:28). O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib.

Azərbaycanlı boksçu finala vəsiqə üçün rusiyalı İlya Boqatıryovla döyüşəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33952 səs