11/09/2019
14:48
1253
| A A A
Məhəmmədrəsul Məcidovun peşəkar boksda ilk rəqibi müəyyənləşdi

Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidovun peşəkar boksda ilk rəqibi müəyyənləşib.

Goal.az xəbər verir ki, 33 yaşlı boksçu sentyabrın 13-də ABŞ-ın Nyu-York şəhərində yerli idmançı Ed Fonteynlə üz-üzə gələcək.

ABŞ-lı boksçu 19-cu peşəkar döyüşünü keçirəcək. Hesabında 12 qələbə olan Fonteyn 6 dəfə məğlub olub.

Qeyd edək ki, Məcidov üçqat dünya çempionu olmaqla yanaşı, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc medalını da qazanıb, bir dəfə isə Avropa çempionu olub

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34160 səs