05/10/2019
12:30
873
| A A A
Rafael Ağayev finala yüksəldi

Azərbaycan karateçisi Rafael Ağayev Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.

Goal.az xəbər verir ki, 75 kq çəkidə çıxış edən 34 yaşlı idmançı ardıcıllıqla Yassin Sekuri (Mərakeş), Rodriqo İbanez (İspaniya), Matus Lieskovski (Slovakiya) və Bəhmən Əsgərini (İran) məğlub edib. O, oktyabrın 6-da baş tutacaq finalda Yermek Aynəzərovla (Qazaxıstan) qarşılaşacaq.

Qadınların mübarizəsində isə 50 kq çəkidə çıxış edən Nuranə Əliyeva isə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, Endo Çinatsu (Yaponiya), Lusia Kovaçikovanı məğlub etdikdən sonra Sara Hubriçə uduzub.Təsəlliverici görüşlərdə Çeili Qonsales (Qvatemala) və Pisard May-Lidən (Fransa) güclü olan yığma üzvü bazar günü bürünc medal uğrunda Miho Miyahara ilə üz-üzə gələcək.

İlk yarış günündə Firdovsi Fərzəliyev (60 kq), Hümmət Baxşəliyev, Rafiz Həsənov, Tural Ağalarzadə (hamısı 67 kq) və İlahə Qasımova (55 kq), eləcə də katada Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev medal şansını əldən veriblər.

Bu gün Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hamısı 84 kq), Asiman Qurbanlı, Şahin Atamov və Əli Cəfərov (hamısı +84 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq. Həmçinin Roman Heydərov kata yarışında qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Karate 1” Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
35944 səs