07/10/2019
09:50
698
| A A A
Rafael Ağayev növbəti qızıl medalını qazandı

Rusiyanın paytaxtı Moskvada Karate1 Premyer Liqası keçirilib.

Goal.az-ın məlumatına görə, Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev də yarışda qüvvəsini sınayıb.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız Yassin Sekuri (Mərakeş), Rodriqo İbanez (İspaniya) və Matus Lieskovskini (Slovakiya) eyni - 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.Rafael bu raundda iranlı Bəhmən Əsgərini 2:0 hesabı ilə üstələyib. Bu gün keçiriləb final döyüşündə onun rəqibi Yermek Aynəzərov (Qazaxıstan) olub. Ağayev bu qarşılaşmada da qalib gəlib – 1:0. Beləliklə, 5 qələbə qazanan təmsilçimiz yarışın qızıl medalına yiyələnib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, Karate1 Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
35940 səs