07/10/2019
17:26
1350
| A A A
Avropa çempionatında Azərbaycanı 11 idmançı təmsil edəcək

Oktyabrın 11-dən 15-dək Hollandiyanın Haaqa şəhərində pencak-silat döyüş növü üzrə açıq Avropa çempionatı keçiriləcək.

Çempionatda Azərbaycanı 11 idmançı təmsil edəcək. Böyüklərin mübarizəsində Abdulla Abdullazadə, Avropa çempionu Elxan Cəfərov, qitə birinciliyinin qalibi və dünya çempionatının gümüş medalçısı Rəsul Hümbətli, dünya kubokunun gümüş mükafatçısı Bəxtiyar Həmidov, Avropa çempionu Seymur Xəlilov, Rumiyə Vəliyeva və Lalə Mikayılova medallar uğrunda yarışacaqlar. Gənclərin yarışında isə Xalid Əfəndiyev, Rəvan Abdullazadə, Cavidan Abdullazadə və üçqat Azərbaycan çempionu Fidan Əlizadə birincilik uğrunda mübarizə aparacaqlar.

Milli komandamız yarışda baş məşqçi Abbas Hümbətovun rəhbərliyi altında mübarizə aparacaq.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7220 səs