08/10/2019
15:58
1444
| A A A
Azərbaycanın şahmat üzrə komandalararası Avropa çempionatı üçün heyəti açıqlanıb

Oktyabrın 23-dən noyabrın 3-dək Batumidə şahmat üzrə komandalararası Avropa çempionatı keçiriləcək.

Goal.az xəbər verir ki, kişilərin yarışında ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadiy Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov təmsil edəcəklər. Komandamızın kapitanı Eltac Səfərli olacaq.

Qadınların mübarizəsində Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova birincilik uğrunda yarışacaqlar.

İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7220 səs