10/10/2019
15:08
469
| A A A
Azərbaycan I Dünya Çimərlik Oyunlarına 7 idmançı ilə qatılacaq

Azərbaycan oktyabrın 12-də Qətərin paytaxtı Dohada start götürəcək I Dünya Çimərlik Oyunlarına 7 idmançı ilə qatılacaq.

Goal.az xəbər verir ki, çimərlik güləşi yarışlarında ölkəni Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (90 kq-dan yuxarı) təmsil edəcək.

Akvatlon yarışlarında millinin üzvləri Rostislav Pevtsov və Kseniya Levkovskaya çıxış edəcəklər. Karateçi Roman Heydərov isə kata yarışlarında mübarizə aparacaq.

Qeyd edək ki, Oyunlara oktyabrın 16-da yekun vurulacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
35946 səs