12/10/2019
12:05
989
| A A A
Keçmiş UFC çempionu karyerasını bitirdi

UFC-nin keçmiş çempionu Keyn Velaskes qarışıq döyüş sənətlərində peşəkar karyerasını başa vurub.

Goal.az xəbər verir ki, o, restlinqə keçəcək. Keyn Velaskes birinci təkbətək döyüşünü oktyabrın 31-də meksikalı idmançı, hazırkı çempion Broka Lesnara qarşı keçirəcək. Təkbətək döyüş Səudiyyə Ərəbistanında baş tutacaq.

Qeyd edilir ki, əgər 37 yaşlı döyüşçü MMA-ya qayıtmaq istəsə, onda o, 6 ay yeni dopinq yoxlamasının nəticələrini gözləməli olacaq.

Velaskes MMA-da son döyüşünü 2019-cu ilin 17 fevralında keçirib. O, Fransis Nqanna nokautla məğlub olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40119 səs