29/10/2019
16:00
940
| A A A
“Avro 2019”: Şahmatçılarımız Rusiya və Almaniya yığmaları ilə mübarizə aparacaqlar

Batumidə komandalar arasında Avropa çempionatının altıncı turunda şahmatçılarımızın rəqibləri müəyyənləşib.

Goal.az xəbər verir ki, kişi şahmatçılarımız Almaniya, qadın təmsilçilərimiz Rusiya yığması ilə mübarizə aparacaqlar.

Hazırda qadınlardan ibarət komandamızın aktivində 4 qələbə və 1 məğlubiyyət var. Kişi şahmatçılarımız isə 5 turun 3-də qələbə qazanıblar. Bir qarşılaşmanı heç-heçə ilə başa vuran millimiz 1 oyunda isə məğlub olub. Ötən turların yekununa görə qadın yığmamız 3-cü, kişi şahmatçılarımız 6-cı pillədə qərarlaşıblar.

Altıncı turun oyunları oktyabrın 30-da keçiriləcək. Bu gün turnir iştirakçıları üçün istirahət günüdür.

Qeyd edək ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.

Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39741 səs