30/10/2019
16:20
552
| A A A
Taekvondo yığmamızın Avropa Oyunları üçün heyəti açıqlandı

Azərbaycanın taekvondo üzrə milli komandasının İtaliyanın Bari şəhərində təşkil olunacaq Avropa Oyunları (G4 Extra European Games 2019) üçün heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən Goal.az-a verilən məlumata görə, noyabrın 1-də start götürəcək G4 kateqoriyalı yarışda 6 idmançı mübarizə aparacaq.

Millinin heyətində kişilərdən Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq) və Radik İsayev (+80 kq), qadınlardan Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) və Zahra Fazel Kalxoran (+67 kq) yer alıb.

45 ölkədən 213 idmançının (114 kişi, 99 qadın) reytinq xalları uğrunda döyüşəcəyi yarışlarda qalib idmançı aktivinə 40 xal, finalçı 24.5 xal, üçüncü yerin sahibi 17.5 xal əlavə edəcək.

Qeyd edək ki, "PalaFlorio" idman arenasında keçiriləcək 3 noyabr tarixlərində yekun vurulacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39740 səs