02/12/2019
10:48
627
| A A A
FİDE-nin yeni reytinqi açıqlandı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) dekabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Goal.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, noyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2 pillə geriləyib. O, 2772 reytinqlə 7-ci pilləyə düşüb.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) də 1 pillə geriləyərək 10-cu pillədə qərarlaşıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2666) 77-ci, Nicat Abbasov (2663) 82-ci, Rauf Məmmədov (2659) 89-cudur. Arkadi Naydiç isə yenə "100-lük"dən kənarda qalıb.

Qadınlar arasında Günay Məmmədzadə 27-ci (2455), Ülviyyə Fətəliyeva (2387) 76-cı, Gülnar Məmmədova (2386) 78-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2872) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2822) ikinci, Liren Dinq (Çin, 2801) üçüncüdür.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs