01/03/2020
11:26
1591
| A A A
FİDE-nin yeni reytinqi açıqlandı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Goal.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, son reytinqlə müqayisədə ilk "10-luq"da Azərbaycanın yenə iki təmsilçisi yer alıb.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov 1 pillə irəliləyib. O, 2765 xalla 9-cu sıraya yüksəlib. Şəhriyar Məmmədyarovun da mövqeyində dəyişiklik olub. 2764 xala malik Məmmədyarov ötən siyahı ilə müqayisədə 2 pillə geriəyərək, 10-cu sırada qərarlaşıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2664) 74-cü olub. Bundan əvvəlki reytinqdə "100-lük"dən kənarda qalan Rauf Məmmədov (2654) isə bu dəfə 91-ci pillədə qərarlaşıb.

Qadınlar arasında Günay Məmmədzadə 34-cü (2443), Gülnar Məmmədova (2386) 77-ci, Ülviyyə Fətəliyeva (2377) 89-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2862) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2842) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdür.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8532 səs