14/03/2020
18:49
1564
| A A A
Beşqat olimpiya çempionu karyerasını başa vurdu

Fransalı biatlonçu Marten Furkad karyerasını başa vurub.

Goal.az-ın məlumatına görə, bu barədə 31 yaşlı idmançının özü açıqlama verib. "Vida zamanı yetişdi", - deyə Furkad şəxsi "Twitter" hesabında yazıb.

Onun son yarışı hazırda Finlandiyanın Kontiolahti şəhərində keçirilən Dünya Kubokunun 8-ci mərhələsi ola bilər.

Qeyd edək ki, Marten Furkad 5 qat olimpiya, 13 qat dünya çempionu, Dünya Kubokunun 7 qat qalibidir. O, qazanılmış mükafat sayında biatlon tarixində birinci yeri tutur.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8549 səs