14/03/2020
20:32
1070
| A A A
Beynəlxalq şahmat turniri təxirə salındı

Hər il Almaniyanın Karlsrue və Baden-Baden şəhərlərində keçirilən ənənəvi “Grenke Chess Open” şahmat superturniri bu il keçirilməyəcək.

Goal.az xəbər verir ki, turnirin direktoru Sven Noppes yarışın mətbuat xidmətinə verdiyi açıqlamada bunu bildirib:

“SARS-COV 2 virusunun sürətlə yayılması ilə əlaqədar olaraq planlaşdırılan “Grenke Chess Open 2020” yarışının keçirilməsi mümkünsüz hala gəldi. Bu şərtlərlə yarış baş tuta bilməz. Yarış 2021-ci ilin aprelində keçiriləcək”.