24/04/2020
10:00
2244
| A A A
Daha bir Avropa çempionatı ləğv olundu

Atletika üzrə 2020-ci il Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub.

Goal.az-ın Avropa Atletikasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Təşkilat Komitəsi və Fransa Atletika Federasiyası birgə qərar qəbul edib. Bu addım səhiyyə sahəsindəki böhran və pandemiya ilə bağlı risklərin hələ də nəzarət altında olmaması səbəbindən atılıb.

Qeyd edək ki, Avropa çempionatı 25 - 30 avqustda Parisdəki "Şarleti" stadionunda keçirilməli idi. Avropa Atletikası təqvimdə bu və digər dəyişiklikləri 7-8 may video-konfransında müzakirəyə çıxaracaq. (Report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5990 səs