28/04/2020
20:32
2379
| A A A
Azərbaycan Qran-Prisinin vaxtı açıqlandı

“Formula-1” üzrə dünya çempionatının mümkün təqvimi bəlli olub.



Goal.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, yarış 17 mərhələdən ibarət olacaq.

Məlumata görə, Azərbaycan Qran-Prisi sentyabrın 6-da keçiriləcək. Bakıdakı yarış çempionatın 7-ci mərhələsi olacaq.

İyulun 5-də Avstriyada başlayacaq yarış dekabrda BƏƏ-nin paytaxtı Abu-Dabidə yekunlaşacaq. Avstriya və Böyük Britaniya kimi Macarıstanda da iki mərhələ təşkil olunacaq.

“Bild”in açıqladığı təqvim:

1-2. Avstriya – 5 və 12 iyul

3-4. Böyük Britaniya – 26 iyul və 2 avqust

5-6. Macarıstan – 16 və 23 avqust

7. Azərbaycan – 6 sentyabr

8. Sinqapur – 20 sentyabr

9. Rusiya – 27 sentyabr

10. Çin – 4 oktyabr

11. Yaponiya – 11 oktyabr

12. ABŞ – 25 oktyabr

13. Meksika – 1 noyabr

14. Braziliya – 8 noyabr

15. Vyetnam – 22 noyabr

16. Bəhreyn – 6 dekabr

17. BƏƏ – 13 dekabr

(matc)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5987 səs