05/05/2020
16:26
637
| A A A
Məşhur basketbolçu Lyon-un prezidenti olacaq

Toni Parker Jan-Mişel Olyasdan sonra, 2023-cü ildən "Lyon"un prezidenti olacaq.

Goal.az xəbər verir ki, məşhur basketbolçu "Undefeated"ə açıqlamasında məlumatı təsdiqləyib:

"Əvvəlcə deyim ki, bu, doğrudu: mən klubun prezidenti olacam. Bu, mənim üçün böyük şərəfdi. Heç vaxt belə bir şeyin baş verə biləcəyini düşünməmişdim. Bu, əla fürsətdi. "Lyon" dünyanın ən yaxşı 50 komandasından biridi. Onlar əla infrastruktura və böyük büdcəyə sahibdilər".

Fransız point-qard 17 il "San-Antonio Spörs"də çıxış edib və 4 dəfə NBA çempionu adını qazanıb. Parker 2019-cu ildə peşəkar karyerasını bitirib. O, hazırda "Villörban" basketbol klubunun prezidentidi. (fanat)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5987 səs