10/05/2020
11:51
371
| A A A
Serena Uilyams maska payladı

WTA reytinqinin sabiq "bir nömrə"si Serena Uilyams koronavirusla mübarizəyə qoşulub.

Goal.az xəbər verir ki, amerikalı tennisçi bu məqsədlə 45 mindən çox tibbi maska hədiyyə edib. Serena instaqram hesabında bu barədə paylaşım edib:

"Hazırda kifayət qədər dəstək ala bilməyən insanlara faydalı olmaq üçün addım atmaq istədim. Bu məqsədlə, koronavirusla ön cəbhədə mübarizə aparan tibb işçilərinə yardım göstərən Yetunda Prays adına mərkəzə və Uest-Palm-Biçdəki yerli icmalara 45 mindən çox maska göndərdik.

Mənə həmişə dəstək olan insanlara kömək etmək çox xoşdu. Hamınızı sevirəm". (Fanat)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5570 səs