01/06/2020
13:46
1599
| A A A
Makqreqor 12 aya nə qədər qazanıb?

"Forbes" jurnalı 2020-ci ildə dünyanın ən çox qazanan idmançılarının siyahısını təqdim edib.

Goal.az xəbər verir ki, siyahıya qarışıq əlbəyaxa döyüş növləri ilə məşğul olan idmançılardan yalnız Konor Makqreqor top-100-ə düşüb.

O, son 12 ayda 48 milyon avro gəlir əldə edib. Bu məbləğin 32 milyonu döyüşlərdən qazanılan, qalanı reklamdan gələn puldu.

Maraqlıdı ki, irlandiyalı UFC döyüşçüsü geridə qalan 1 il ərzində yalnız 1 dəfə oktaqona çıxıb. Konor yanvar ayında Donald Serroneni nokautla yenib.

Qeyd edək ki, Makqreqorun öz biznesi var. Dəlisov idmançı viski istehsalı ilə məşğul olur. (fanat)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
8916 səs