12/02/2021
22:19
572
| A A A
Teymur Rəcəbov yarımfinalda uduzdu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün növbəti görüşlərini keçirib.

Goal.az xəbər verir ki, millimizin üzvü ABŞ təmsilçisi Uesli Sonla qarşılaşıb.

İlk oyun günündə rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün ilk növbədə, bugünkü 4 qarşılaşmanın yekununda qalib olmalı, daha sonra isə tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi.

Amma yekunda 2:1 hesabı ilə uduzan Rəcəbov finala çıxmaq şansını əldən verib. O, sabah 3-cü yer uğrunda Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) cütünün məğlubu ilə qarşılaşacaq

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs