20/02/2021
19:22
396
| A A A
"Australian Open": Yaponiyalı tennisçi qalib oldu

Tennis üzrə qadınlar arasında "Australian Open" turnirinin qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, finalda yaponiyalı Naomi Osaka ABŞ təmsilçisi Cennifer Breydi ilə üz-üzə gəlib.

Qarşılaşma yaponiyalı idmançının 2:0 (6:4, 6:2) hesablı qələbəsi ilə yekunlaşıb. Görüş 1 saat 18 dəqiqə davam edib.

Beləliklə, Naomi Osaka karyerasında 4-cü dəfə "Australian Open"də çempion olub.

Qeyd edək ki, kişilər arasında final oyunu fevralın 21-də gerçəkləşəcək. Serbiyalı Novak Cokoviç rusiyalı Daniil Medvedevlə qarşılaşacaq.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs