22/02/2021
17:22
435
| A A A
Azərbaycanlı idmançı Balkan çempionu oldu

Azərbaycan atletləri İstanbulda start götürən 26-cı Balkan çempionatında iştirak ediblər.

Goal.az xəbər verir ki, yarışda Azərbaycan dörd idmançı ilə təmsil olunub. Ölkəmizi üçtəkanla tullanma növündə təmsil edən Avropa çempionu Nazim Babayev yarışda bütün rəqiblərini qabaqlayan qızıl medal qazanıb.

Digər üçtəkanla tullanma növündə çıxış edən Yekaterina Sarıyeva isə bürünc medal sahibindən üç santimetr geri qalaraq dördüncü olub. Rüstəm Məmmədovda bu növdə göstərdiyi nəticə ilə altıncı pillədə qərarlaşıb. Uzunluğa tullanmada isə mübarizə aparan idmançımız Yelena Pextireva yeddinci olub.

Komandamız çempionatda məşqçi Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi ilə yarışıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs