13/03/2021
21:50
593
| A A A
Şəhriyar Aronyana qalib gəldi, Teymurdan heç-heçə

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsində ilk görüşlərini keçiriblər.

Goal.az xəbər verir ki, Məmmədyarov “Magnus Carlsen Invitational” adlanan yarışın 1-ci turunda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini 27-ci gedişdə qalib gəlib

Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçısı Aniş Giri ilə bərabərə qalıb.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15566 səs