18/03/2021
13:53
1016
| A A A
Çempionlar Turu: Yarımfinalçılar müəyyənləşdi

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində yarımfinalın bütün iştirakçıları müəyyənləşib.

Goal.az xəbər verir ki, "Magnus Carlsen Invitational" adlanan yarışın son yarımfinalçısı Niderland təmsilçisi Aniş Giri olub.

O, 1/4 finalda fransalı Maksim Vaşye-Laqravı 3:1 hesab ilə məğlub edərək növbəti raunda vəsiqə əldə edib.

Daha əvvəl isə Maqnus Karlsen, Uesli So (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) yarımfinala yüksəliblər.

Qeyd edək ki, bu mərhələdə Karlsen Nepomnyaşi ilə, So isə Giri ilə üz-üzə gələcək. Görüşlər 18 - 19 martda oynanılacaq.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15564 səs