İdman gəzintisi üzrə yeni dünya rekordu müəyyənləşdirildi
Qadın atlet Yan Tszyayuy 20 km məsafəyə idman gəzintisi üzrə dünya rekordu müəyyənləşdirib.
Goal.az xəbər verir ki, 25 yaşlı idmançı Xuanşanda keçirilmiş Çin çempionatında finişə 1 saat 23 dəqiqə 49 saniyəyə çatıb. Əvvəlki nailiyyət daha bir çinli Lüy Xuna (1:24.38) məxsus olub və 2015-ci ildə müəyyənləşdirilib.
Rusiyalı Yelena Laşmanova iki dəfə 2018 (1:23.39) və 2019-cu (1:24.31) illərdə əvvəlki dünya rekordunu keçib. Lakin hər iki halda rekord ratifikasiya olunmayıb.
Qeyd edək ki, Yan Tszyayuy 2017-ci ildə dünya çempionu olub.
Çempionlar Liqasını kim qazanacaq?
MANCHESTER CITY
LIVERPOOL
REAL MADRID
PSG
CHELSEA
BORUSSIA DORTMUND