21/06/2021
21:56
4012
| A A A
Türkiyəli baş məşqçi Avroliqanın ən yaxşısı seçildi

Basketbol üzrə Avroliqada ötən mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb.

Goal.az xəbər verir ki, bu ada "Anadolu Efes"in sükanı arxasında olan Ergin Ataman layiq görülüb.

Türkiyəli mütəxəssis mükafatını yeni mövsüm Avroliqadakı ilk ev oyunları zamanı alacaq.

Qeyd edək ki, "Anadolu Efes" Atamanın başçılığı altında finalda İspaniya "Barselona"sını məğlub edərək, turnirin qalibi olub. (report)