09/07/2021
23:30
4174
| A A A
UFC: Makqreqorun Porye ilə döyüşünün vaxtı rəsmən açıqlandı

Mütləq döyüş çempionatının (UFC) sabiq çempionları Konor Makqreqorla Dastin Porye arasında növbəti dəfə görüş keçiriləcək.

Goal.az xəbər verir ki, tərəflər arasındakı növbəti döyüş iyulun 11-də olacaq.

Makqreqor və Porye buna qədər iki dəfə üz-üzə gəliblər. 2014-cü ildə keçirilən ilk döyüşdə Konor Makqreqor qələbə qazanıb. Bu ilin əvvəlində baş tutan ikinci döyüşdə isə Dastin Porye rəqibini nokautla məğlub edib.