15/07/2021
16:29
2263
| A A A
Aronyan koronavirusa yoluxdu, texniki məğlubiyyət aldı

Ermənistan şahmatçısı Levon Aronyan Rusiyanın Soçi şəhərində keçirilən Dünya Kuboku ilə erkən vidalaşa bilər.

Goal.az xəbər verir ki, 39 yaşlı qrossmeysterdə koronavirusun simptomları aşkarlanıb. Bu səbəbdən, Aronyan ABŞ təmsilçisi Bobbi Çenqlə ikinci turun ilk görüşünə çıxa bilməyib. Nəticədə Aronyana texniki məğlubiyyət verilib. O, ikinci qarşılaşmanı da buraxsa, avtomatik olaraq, yarışdan kənarda qalacaq.

Hazırda nəzarət altında olan şahmatçıdan əlavə analizlər götürüləcəyi bildirilib.

Qeyd edək ki, iyulun 10-da start götürən Dünya Kuboku avqustun 8-dək davam edəcək. Yarışa 206 kişi, 103 qadın şahmatçı qatılıb.(report)