12/09/2021
13:28
2030
| A A A
18 yaşlı Emmadan tarixi uğur

Tennis üzrə Amerika Açıq çempionatında (US Open) qadınların mübarizəsində dünya reytinqinin 150-ci sırasında qərarlaşan britaniyalı Emma Radukanu çempion olub.

Goal.az xəbər verir ki, final görüşündə Leyla Fernandeslə qarşılaşan 18 yaşlı tennisçi setlərdə 6:4 və 6:3 hesablı qələbələr qazanaraq karyerasının ilk "Böyük Dəbilqə" zəfərini yaşadı.

Təsnifatdan gələrək "Böyük Dəbilqə" seriyalı turnirdə çempion olan tarixdəki ilk tennisçi olaraq tarixə düşən Radukanu, son 53 ildə "US Open"də çempion olan ilk britaniyalı qadın tennisçi, 1977-ci ildən sonra "Böyük Dəbilqə" seriyalı turnirdə çempion olan ilk ingilis qadın tennisçi, Endi Murreydən sonra "Böyük Dəbilqə" turnirlərində çempion olan ilk britaniyalı tennisçi, Mariya Şarapovanın 2004-cü ildəki "Uimbldon" zəfərindən sonra "Böyük Dəbilqə" turnirlərində çempion olan ən gənc qadın tennisçi, Serena Uilyamsın 2014-cü ildəki zəfərindən sonra "US Open"də heç bir setdə uduzmadan qalib gələn tennisçi rekordlarına da imza atıb. (fanat)