19/09/2021
14:08
1142
| A A A
İtaliya 8 ildən sonra finalda

Voleybol üzrə kişilər arasında Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

Goal.az xəbər verir ki, digər finalçının adına titulun son sahibi Serbiya və İtaliya milliləri aydınlıq gətirib.

2 saat 4 dəqiqə davam edən qarşılaşmada italyanlar 3:1 (29:27, 25:22, 23:25, 25:18) hesabı ilə qalib gələrək 8 illik aradan sonra yarışın finalına yüksəliblər.

Bununla apenninlilər iki il əvvəlki finalın təkrarlanmasına da imkan verməyib. Altıqat Avropa çempionları "qızıl" uğrunda həlledici görüşdə heç vaxt bu titula sahib çıxmayan Sloveniya yığma komandası ilə münasibətləri aydınlaşdıracaq.

Serbiya isə üçüncülük üçün son iki dünya çempionatının qalibi Polşa ilə üz-üzə gələcək.

Hər iki matç bu gün keçiriləcək.