27/11/2021
13:25
3643
| A A A
“Formula 1”: İspaniya Qran-prisiylə bağlı qərar verilib

"Formula 1" şirkəti İspaniya Qran-prisi ilə müqavilənin müddətini uzadıb.

Goal.az xəbər verir ki, yeni sözləşməyə əsasən, Barselona avtodromundakı yarış 2026-cı ilədək davam edəcək.

Təşkilatçılar 2022-ci ildəki turnirdən əvvəl trası və onun infrastrukturunu müasirləşdirmək niyyətindədirlər.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Qran-prisi 10 - 12 iyunda təşkil olunacaq.