NBA oyunundan sonra azarkeş öldürülüb
Milli Basketbol Assosiasiyasında (NBA) Milwaukee Bucks və Boston Celtics komandaları arasında keçirilmiş pley-off oyunundan sonra azarkeş öldürülüb.
Goal.az xəbər verir ki, qarşılaşmadan sonra naməlum şəxs "Fayserv-Forum" stadionunun yaxınlığında atəş açıb.
Atəş nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə yaralanıb. Fanatlar güllə səslərini eşidən kimi sığınacaq axtarıblar və nəticədə böyük panika yaranıb.
Atəş açan şəxs saxlanılıb. Oyun zamanı stadionda 11 minə yaxın insan olub.
Qeyd edək ki, görüş Boston Celtics-in 108:95 hesablı qələbəsi ilə yekunlaşıb. (report)