18/06/2022
11:58
384
| A A A
Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Goal.az xəbər verir ki, 35 yaşlı qrossmeyster II turda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq.

İlk turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən Rəcəbov 0,5 xalla 3-6 -cı yerləri bölüşdürür.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

İddiaçılar Turniri

II tur

Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan)

Rixart Rapport (Rumıniya) - Alireza Firuzca (Fransa)

Yan Nepomnyaşi (FIDE) - Fabiano Karuana (ABŞ)

Yan-Kşiştof Duda (Polşa) - Dinq Liren (Çin)