19/06/2022
20:51
275
| A A A
Azərbaycanın kişi şpaqaçıları AÇ-ni medalsız başa vurdular

Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatı davam edir.

Goal.az xəbər verir ki, yarışın 4-cü günündə əvvəlcə kişi şpaqaçıların şəxsi yarışında mübarizəyə start verilib.

Azərbaycan təmsilçilərindən Kənan Əliyev (3 qələbə) və Barat Quliyev (3 qələbə) qrup mərhələsini uğurla adlayıb. Ruslan Həsənov (1 qələbə) isə mübarizəni erkən dayandırıb.

Barat Quliyev pley-offda isveçli Conatan Svensonna 10:15 hesabı ilə uduzub. Kənan Əliyev isə pley-offda eston Sten Prinitsə 9:15 hesabı ilə məğlub olub. Kişi şpaqaçılarımız iyunun 22-də komanda yarışında qüvvəsini sınayacaq.

Bu gün həmçinin qadın sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşəcək.