21/06/2022
10:52
1306
| A A A
Basketbol üzrə Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Basketbol üzrə kiçik ölkələrin Avropa çempionatında çıxış edəcək Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.

Goal.az xəbər verir ki, A qrupunda yer alan yığma iyunun 28-də Malta, 1 gün sonra isə Andorra ilə qarşılaşacaq. Görüşlər müvafiq olaraq, Bakı vaxtı ilə saat 20:00 və 19:15-də başlayacaq.

Qeyd edək ki, digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.