23/06/2022
15:10
976
| A A A
İddiaçılar Turniri: Teymur Rəcəbov bu gün növbəti görüşünü keçirəcək

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün V tur matçını keçirəcək.

Goal.az xəbər verir ki, 35 yaşlı qrossmeyster ağ fiqurlarla Macarıstan təmsilçisi Rixard Rapportla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa) və Dinq Lirenlə (Çin) ilə heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) uduzub. Hazırda o, Liren və Firuzca ilə birlikdə hərəyə 2 xalla 6 - 8-ci yerləri bölüşdürür. (report)